Modern.az

Rusiyada Azərbaycana qarşı növbəti təxribat - VİDEO

Rusiyada Azərbaycana qarşı növbəti təxribat - VİDEO

Aktual

29 Oktyabr 2022, 10:02

Rusiyanın “Rossiya 24” dövlət telekanalında Azərbaycan əleyhinə süjet nümayiş olunub.

 

Modern.az xəbər verir ki, jurnalist Natalya Solovyova Qərbin Vaşinqtonun simasında “Qarabağ Azərbaycandır” şərtləri ilə sülh təklif etdiyini bildirib və başqalarının itkiləri ilə (yəni Ermənistan Qarabağsız qalır) hesablaşmayacağından şikayətlənib.

 

Bundan başqa, süjetdə Ermənistanın baş naziri Nikol Paşinyan prezident adlandırılıb, daha sonra Qarabağdakı separatçı rejimin “keçmiş rəhbəri”ndən sitat gətirilib, həmçinin ermənipərəst ekspertlərin çıxışları təqdim olunub.

 

Xatırladaq ki, son vaxtlar Rusiyanın dövlət kanallarında bir neçə dəfə Azərbaycan əleyhinə süjetlər və reportajlar nümayiş etdirilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı