Modern.az

Lyayen hava şəraitinə görə səfərini ləğv edib

Lyayen hava şəraitinə görə səfərini ləğv edib

Aktual

29 Oktyabr 2022, 17:34

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Monteneqroya planlaşdırılan səfəri kəskin hava şəraiti ilə əlaqədar ləğv edilib.

 

Modern.az-ın məlumatına görə, bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.

 

Qeyd olunub ki, hazırda AK sədri Serbiyanın paytaxtı Belqradda səfərdədir. Onun Belqraddan Monteneqroya uçuşu səhər saatlarında təxirə salınıb. Yekunda səfəri ləğv etmək qərara alınıb.

 

Yerli KİV-in məlumatına görə, qatı duman Belqrad hava limanından uçuşların yerinə yetirilməsinə mane olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı