Türkiyənin paytaxtı Ankarada müxalifət partiyasının üzvlərini daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 8 nəfər xəsarət alıb.
Modern.az xəbər verir ki, Səadət partiyasının növbəti qurultayında iştirak etmək üçün Ankaraya gedən Konya Karatay rayon təşkilatının üzvlərinin olduğu mikroavtobus aşıb.
Hadisə nəticəsində 8 nəfər xəsarət alıb.
Bildirilir ki, mikroavtobus arxadan digər avtomobilə çırpıldıqdan sonra aşıb.