Rusiya taxil müqaviləsi ilə əlaqədar yaxın günlərdə Türkiyə və BMT nümayəndələri ilə danışıqlar aparacaq.
Modern.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
Onun sözlərinə görə, ölkəsi taxıl müqaviləsinin iştirakçıları kimi Türkiyə və BMT nümayəndələri ilə əlaqə yaradacaq. İlk növbədə, Ukraynadan Rusiyanın Qara dəniz donanmasına hücumun detallarının araşdırılmasının vacibliyini vurğulayan nazir müavini rəsmi Moskvanın BMT Təhlükəsizlik Şurasının iclasını çağırdığını və orada taxıl müqaviləsinə dair məsələlərin də müzakirə olunacağını söyləyib.
Rudenko, həmçinin qeyd edib ki, Rusiya taxıl müqaviləsindən çıxmayıb, yalnız bu sövdələşmədə iştirakını dayandırıb.