Modern.az

Türkiyənin erməni deputatı İrəvanda görüşlər keçirir

Türkiyənin erməni deputatı İrəvanda görüşlər keçirir

Aktual

31 Oktyabr 2022, 12:58

İrəvanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin erməni deputatı Karo Paylan Ermənistan parlamentinin sədri Alen Simonyanın qəbulunda olub.

Modern.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, görüşdə A.Simonyan deyib ki, Ermənistan Karo Paylanın ermənipərəst və mühüm fəaliyyətini böyük diqqətlə izləyir.


“Türkiyədə yaşayan milli azlıqların hüquqlarının müdafiəsini diqqət mərkəzində saxlamağınız son dərəcə vacibdir”, - deyə Alen Simonyan bildirib.


Görüşdə Ermənistan-Türkiyə sərhədlərinin açılması ilə bağlı söhbət aparılıb.


Karo Paylanın sözlərinə görə, sərhədlərin açılmasına dair müzakirələrlə bağlı Türkiyədə yaşayan insanların geniş təbəqəsində məlumat çatışmazlığı var. O, həmçinin Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılma prosesi ilə bağlı təəssüratlarını və müşahidələrini təqdim edib.

 

Türkiyə Xalqların Demokratik Partiyasının üzvü Karo Paylan bundan əvvəl Ermənistan baş naziri Nikol Paşinyanla görüşüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı