Modern.az

Qalib liderə doğum günü təbriki

Qalib liderə doğum günü təbriki

Aktual

24 Dekabr 2022, 16:29

Bu gün Cənab Prezident, Ali Baş Komandan, Qalib xalqın lideri İlham Əliyevin doğum günüdür.

Tarixin bizə ən böyük hədiyyəsi olan qalib sərkərdəmiz yeni yaşını Azərbaycan xalqının böyük məhəbbətilə ilə qeyd edir. Xoşbəxt xalqlardan və ölkələrdənik ki, cənab İlham Əliyev kimi rəhbərimiz var. Böyükdən kiçiyə hər kəsin qayğısına qalan Prezidentimizin ətrafında onu səmimi qəlblə sevən xalqımız vahid yumruq kimi cəm olub. Bu birlik özünü Vətən müharibəsində bir daha göstərdi. “Dəmir Yumruq”a inanan, etimad edən xalqımız Müzəffər Ali Baş Komandanın əzmi və qətiyyəti sayəsində tarixi Zəfər qazandı. Biz qalib xalqa çevrildik və dünya şanlı Zəfərimizə şahidlik etdi.

Bu, həm də onu göstərir ki, Azərbaycan xalqı seçimində yanılmayıb. Xoşbəxt xalqımız qalib rəhbərlə daim fəxr edəcək və yeni-yeni qələbələrə sevinəcək. 

44 günlük Qarabağ Zəfərinin müəllifi olan cənab İlham Əliyevin adı Azərbaycan tarixinə qalib sərkərdə kimi yazılıb və gələcək nəsillər ali liderlə hər zaman qürur duyacaqlar.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu daxili və xarici siyasət, məntiqli, təmkinli və yerində verilən qərarları layiqincə davam etdirən Prezidentimiz bu gün Azərbaycanı dünyanın nüfuzlu ölkələri sırasına yüksəltməyi bacarıb.

Fəxrlə deyə bilərik ki, cənab İlham Əliyevin hakimiyyətə gəlməsilə Azərbaycanın tarixində yeni səhifə açılıb. Bu illər ərzində bütün sahələrdə Azərbaycan modern dünyanın ən əhəmiyyətli parçasına çevrilib. Möhtərəm Prezidentimizin uzaqgörən siyasətinin nəticəsidir ki, Azərbaycan indiyədək misli görünməmiş nailiyyətlər qazanmış, elm, təhsil, mədəniyyət sahələrində davamlı olacaq nailiyyətlər əldə edib.

Dövlətimizin inkişafı və firavanlığı yolunda böyük işlər görən Prezidentimiz müşkülə çevrilən işləri “Mən nəyi, nə zaman edəcəyimi çox yaxşı bilirəm” kəlməsinə olan xalq etimadı ilə həyata keçirib. 

Daim vətəndaşların arasında olan, xalqın etimadını doğrultmuş qalib lderimizi doğum günü münasibətilə öz adımdan, ailəm adından təbrik edir, Allahdan Prezidentimizə və ailəsinə möhkəm cansağlığı və xoşbəxtlik, səadət arzulayıram.

 

Tahir Süleymanov

Respublika Ağsaqqallar Şurasının sədr müavini

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?