Modern.az

Hulusi Akar Rusiya-Ukrayna müharibəsinin gələcəyindən danışdı

Hulusi Akar Rusiya-Ukrayna müharibəsinin gələcəyindən danışdı

Aktual

24 Dekabr 2022, 17:18

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Suriyanın şimalındakı terror hədəflərinə qarşı mümkün quru əməliyyatına dair planın hələ də masada olub-olmadığı barədə suala cavab verib. O, eyni zamanda Rusiyanın mümkün əməliyyat zamanı hava məkanını açıb-açmayacağına dair sualı da cavablandırıb.


Modern.az “Hürriyet”ə istinadən xəbər verir ki, Akar “sahədə və masada götrüləcək işlər var. Bunlar fasiləsiz davam edir" söyləyib.
 

Ukrayna-Rusiya müharibəsinin gələcəyi ilə bağlı sualı nazir "Türkiyə olaraq ən azı “humanitar atəşkəs” deyirik. Sonra daimi atəşkəs, sonra sülh danışıqları. Türkiyə qətiyyətlə işini davam etdirir və biz atəşkəsin tərəfdarıyıq" deyə cavablandırıb.


Türkiyənin Ukrayna da daxil olmaqla bütün qonşularının ərazi bütövlüyünü dəstəklədiyini vurğulayan Akar prezident Ərdoğanın Krımın ilhaqını tanımayan bəyanatlarını xatırladıb.


Müharibənin gələcəyi ilə bağlı Akar bunları söyləyib:


"Görünür, bu müharibə asan başa çatmayacaq. ABŞ, Avropa və Qərbin dəstəyi davam edir. Buna uyğun olaraq büdcələrə hazırlıqlar, planlar və pullar qoyulur. Digər tərəfdən, Rusiyanın açıqlamaları var. Bütün bunları birləşdirdikdə, bütün xoş niyyətlərimizə, atəşkəs və sülh arzularımıza baxmayaraq, bu müharibənin 2023-cü ildə də davam edəcəyi ehtimalı olduğunu söyləsək heç də yanılmarıq”.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?