Modern.az

ABŞ ordusuna tapşırıq verildi: saqqal və hicab...

ABŞ ordusuna tapşırıq verildi: saqqal və hicab...

Aktual

25 Dekabr 2022, 09:36

Amerika Birləşmiş Ştatlarının Kolumbiya bölgəsinin yerli məhkəməsi orduda xidmət edənlərin saqqal saxlaması və hicabdan istifadəsi ilə bağlı yeni hökm çıxarıb.

 

Modern.az xəbər verir ki, qərara əsasən Dəniz Piyadaları Hərbi Birləşməsində xidmət edənlərin dini ənənələri və ritualları yerinə yetirməsinə icazə verilib.

 

Belə ki, "Dəniz pişikləri"ndə xidmət edən əsgərlər bundan sonra saqqal saxlaya, qadınlar isə hicab geyinə biləcəklər. Saqqal və hicabın onların hərbi xidmətinə mane olmayacağı qənaətinə gəlinib.

 

Qeyd edək ki, Birləşmiş Ştatlar məhkəməsi 3 əsgərin hicab və saqqala qarşı ordudakı münasibətə etirazından sonra belə bir qərar qəbul edib.

 

Turan 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?