Modern.az

Basketbol oyunu zamanı tribuna çökdü - Xeyli sayda yaralı var

Basketbol oyunu zamanı tribuna çökdü - Xeyli sayda yaralı var

Aktual

25 Dekabr 2022, 10:04

Misirin paytaxtı Qahirə yaxınlığında yerləşən Həsən Mustafa İdman Kompleksində tribunalarından birinin metal konstruksiyası çöküb. Hadisə nəticəsində azı 27 nəfər yaralanıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə idman kompleksində Əl-Əhli və Əl-İttihad komandaları arasında keçirilən basketbol oyunu zamanı baş verib.

 

Qeyd edək ki, sözügedən idman kompleksi 2020-ci ildə istifadəyə verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putinə Paşinyandan bir