Modern.az

Məkkəni su basdı

Məkkəni su basdı

Aktual

25 Dekabr 2022, 10:20

Səudiyyə Ərəbistanının Məkkə şəhərində leysan yağışları güclü daşqına səbəb olub.

 

Modern.az xəbər verir ki, yağış səbəbindən Məkkə-Ciddə magistral yolu bağlanıb.

 

Təbiət hadisəsi nəticəsində bir çox avtomobillərə ziyan dəyib.

 

Suyun çəkilməsi üçün 200-dən çox müfəttiş və 4 mindən çox işçinin prosesə cəlb olunduğu bildirilib.

 

Ciddədəki Kral Əbdüləziz hava limanından verilən açıqlamada əlverişsiz hava şəraiti ilə bağlı bəzi uçuşların təxirə salındığı qeyd olunub.

 

Məlumata görə, leysan yağışları Əl-Harameyn magistral yolu başda olmaqla bir çox yolun və bəzi tunellərin bağlanmasına səbəb olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!