Modern.az

Bakıya daha bir “Airbus 380” təyyarəsi gəldi

Bakıya daha bir “Airbus 380” təyyarəsi gəldi

Aktual

25 Dekabr 2022, 12:20

Təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda qəza enişi edən “Qantas Airways” aviaşirkətinin Sinqapur-London reysinin sərnişinlərinin daşınması üçün aviaşirkətin digər bir layneri - "Airbus 380" Bakıya gəlib.

 

Aeroportun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, bu təyyarə ilə sözügedən reysin sərnişinləri bu gün Bakıdan təyinat məntəqəsinə yola düşəcəklər.

 

Qeyd edək ki, dekabrın 23-də səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportunda "Qantas Airways" aviaşirkətinə məxsus təyyarənin qəza eniş etməsi səbəbindən həyəcan siqnalı elan edilib.

 

Təyyarədə 356 sərnişin olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?