Gələn il Türkiyə güləş üzrə dünya çempionatına ev sahibliyi edəcək.
Modern.az xəbər verir ki, bu barədə Dünya Güləş Birliyi (UWW) qərar qəbul edib.
On yeddi yaşadək güləşçilər arasında qitə birinciliyi iyulun 31-dən avqustun 6-dək İstanbulda təşkil olunacaq.
Qeyd edək ki, böyüklər arasında dünya çempionatı Serbiyanın paytaxtı Belqradda keçiriləcək.