Modern.az

MDB liderləri Sankt-Peterburqda TOPLAŞIR

MDB liderləri Sankt-Peterburqda TOPLAŞIR

Aktual

26 Dekabr 2022, 08:00

Müstəqil Dövlətlər Birliyinin (MDB) liderləri dekabrın 26-27-də Rusiyanın Sankt-Peterburq şəhərində ənənəvi olaraq Yeni il ərəfəsində qeyri-rəsmi sammitə toplaşacaqlar.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, görüş Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə baş tutacaq.

 

MDB-nin icraçı katibi Sergey Lebedev bildirib ki, sammit həm Birlik çərçivəsində, həm də Belarus və Rusiya İttifaq dövlətində əməkdaşlığın möhkəmlənməsinə əlavə təkan verəcək.

 

Məlumata görə, qeyri-rəsmi sammitin iştirakçıları MDB məkanında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edəcək, ötən ilin əsas yekunlarına yekun vuracaq və praktiki əməkdaşlığın prioritet istiqamətləri üzrə fikir mübadiləsi aparacaqlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?