Ukraynanın müdafiəçiləri daha 550 rus hərbçini məhv edib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.
Fevralın 24-dən dekabrın 26-na kimi Rusiyanın ümumi döyüş itkiləri təxminən 102 min 600 nəfər təşkil edirb. Bunlardan 550 nəfər son sutka ərzində məhv edilib.
Rusiyanın bu günə olan itkiləri:
Şəxsi heyət - 102600 (+550) nəfər,
tanklar - 3016 (+5) ədəd,
zirehli döyüş maşınları - 6017 (+7) ədəd,
artilleriya sistemləri - 1996 (+5) ədəd,
reaktiv yaylım atəşi sistemi- 418 (+0) ədəd,
hava hücumundan müdafiə sistemləri - 212 (+0) ədəd,
təyyarə - 283 (+0) ədəd,
helikopterlər - 267 (+0) ədəd,
PUA-lar - 1707 (+1) ədəd,
qanadlı raketlər - 653 (+0) ədəd,
gəmilər / qayıqlar - 16 (+0) ədəd,
avtomobil avadanlığı və tankerlər - 4647 (+12) ədəd,
xüsusi avadanlıq - 178 (+0) ədəd.