Modern.az

Ermənilər Laçın dəhlizinə doğru təxribatçı yürüşə çıxıblar

Ermənilər Laçın dəhlizinə doğru təxribatçı yürüşə çıxıblar

Aktual

26 Dekabr 2022, 16:30

İrəvandan olan bir qrup fəal bu gün Azərbaycana qarşı təxribatçı axsiyaya start verib. Onlar İrəvandakı Respublika meydanından avtomobillərlə Laçın dəhlizinə doğru yola çıxdıqlarını bəyan ediblər.

Modern.az xəbər verir ki, Ermənstan KİV-nin məlumatına görə, avtoyürüş iştirakçıları əvvəlcə Gorusa, orada isə Laçın dəhlizinə daxil olacaqlarını bildiriblər.

Onlar məqsədlərinin azərbaycanlı ekofəalların aksiya keçirdiyi yerədək getmək olduğunu bildiriblər. Lakin avtoyürüş iştirakçıları Rusiya sülhməramlıları tərəfindən Laçın dəhlizinə buraxılıb-buraxılmayacaqlarını hələ bilmirlər.

Qeyd edək ki, ötən həftə Xandədidən olan təxribatçı dəstə də azərbaycanlı ekofəalların aksiya keçirdiyi əraziyə gəlməyə cəhd göstərmişdi.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?