Modern.az

Çaylarda suyun səviyyəsi dəyişməyib

Çaylarda suyun səviyyəsi dəyişməyib

Aktual

26 Dekabr 2022, 17:16

Son günlər ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçməsi ilə əlaqədar Respublika çaylarının səviyyəsində dəyişiklik qeydə alınmayıb.

 

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev Modern.az-a bildirib ki, Böyük və Kiçik Qafqazın ərazisindən axan çaylarda suyun səviyyəsində dəyişiklik müşahidə edilməyib.

 

“Eyni zamanda, tranzit çaylar olan Kür-Qıraqkəsəmən və Qanıx-Cəlayir məntəqələrində də suyun səviyyəsi dəyişməyib", - deyə A. Verdiyev bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?