Avropa İttifaqının yeni texniki missiyası artıq Ermənistandadır.
Modern.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
Bundan əvvəl İttifaqın Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrel bildirmişdi ki, yeni missiyanın məqsədi regionda davamlı sülhü təşviq etməkdir.
Xatırladaq ki, oktyabrın 20-də başlayan monitorinq missiyasının mandatı dekabrın 19-da başa çatıb.