
Azərbaycan Ordusu cəbhə bölgəsində növbəti genişmiqyaslı hərbi təlimlər keçirir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, həftənin sonuna qədər davam edəcək təlimlər müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin komandanlığı altında keçirilir. Təlimlərə Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin şəxsi heyəti cəlb olunub.