Paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 38 müntəzəm marşrut xətti üzrə 112 avtobusun hərəkət intervalında gecikmələr var.
Bu barədə Modern.az-a Vahid Dispetçer Xidmətindən bu gün səhər pik saatlarına olan məlumata əsasən bildirilib.
1. Bakı-Sumqayıt şosesi - Moskva prospekti – Tbilisi prospekti şəhər istiqamətində və əks istiqamətdə 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-20 dəqiqə gecikmə müşahidə olunur.
2. Həsən bəy Zərdabi küçəsi - 20 Yanvar dairəsi istiqamətində 7B, 9, 14, 18, 29, 165, 194, 205 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-18 dəqiqə gecikmə müşahidə olunur.
3. Abdulvahab Salamzadə küçəsi - Ziya Bünyadov prospekti istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-21 dəqiqə gecikmə müşahidə olunur.
4. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 15-18 dəqiqə gecikmə müşahidə olunur.
5. Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 13, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-17 dəqiqə gecikmə müşahidə olunur.
6. Binəqədi şosesi – hər iki istiqamətdə 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-19 dəqiqə gecikmə müşahidə olunur.
7. Salatın Əsgərova küçəsi Azadlıq prospekti ilə kəsişməyə qədər 5 və 11 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-17 dəqiqə gecikmə müşahidə olunur