Modern.az

Mask İran üzərində öz peyklərini işə salır

Mask İran üzərində öz peyklərini işə salır

Aktual

27 Dekabr 2022, 10:53

“Space X” şirkətinin rəhbəri İlon Mask kosmik şirkətin hazırda İran üzərində 100-ə yaxın aktiv “Starlink” rabitə peykinin olduğunu açıqlayıb.

 

Modern.az “Reuters”ə istinadən xəbər verir ki, o, hələ 2022-ci ilin payızından İran üzərində bu xidməti aktivləşdirməyi planlaşdırdığını bildirmişdi.

 

“Biz artıq İranda eyni anda 100 “Starlink” peykini aktivləşdirməyə yaxınıq”, - deyə Mask bildirib.

 

Agentliyin məlumatına görə, Maskın planlarına təkcə əlavə bazarı inkişaf etdirmək istəyi deyil, həm də siyasi motivlər daxildir.

 

Mask açıqlamalarının birində qeyd etmişdi ki, İrana internet azadlığını və sərbəst informasiya axınını təşviq etmək üçün “Starlink” lazımdır. O bildirib ki, İranda “Starlink”in işini təmin etmək üçün ABŞ səlahiyyətlilərindən sanksiyalara bəzi istisnalar edilməsini də istəyib.

 

Hələlik şirkətin ölkə daxilində terminallarının olub-olmaması və onları İrana necə çatdırmağı planlaşdırdıqları barədə məlumat yoxdur.

 

Xəbərə əsasən, Ağ Ev İlon Maskla “Starlink” sisteminin İranda genişləndirilməsi ilə bağlı danışıqlar aparır ki, sakinlər bütün ölkə ərazisində smartfonlardan internetə çıxış əldə etsinlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?