Modern.az

Pensiya amnistiyası 2-ci oxunuşda qəbul olundu

Pensiya amnistiyası 2-ci oxunuşda qəbul olundu

Aktual

27 Dekabr 2022, 13:36

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə əsasən “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklərlə bağlı qanun layihəsini ikinci oxunuşda təsdiq edib.

 

Modern.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin dekabrın 27-də keçirilən iclasının gündəliyinə daxil edilib.

 

Sənəd əmək pensiyasına (əmək pensiyasına əlavəyə) görə artıq ödənilmiş məbləğin tutulması müddətinin məhdudlaşdırılması, bununla da son üç ildən əvvəlki dövrlə bağlı ödənişə amnistiyanın (güzəştin) tətbiq edilməsi məqsədilə hazırlanıb.

 

Dəyişikliyə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısından yalnız aşağıdakı hallarda məhkəmə qaydasında tutulur:

 

-rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə artıq məbləğdə əmək pensiyasının və əmək pensiyasına əlavənin təyin olunmasına nail olduqda;

 

-qəsdən təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə artıq məbləğdə əmək pensiyasının və əmək pensiyasına əlavənin təyin olunmasına nail olduqda;

 

-inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

 

Bu Qanunun 39.1-ci və 39.1-1-ci maddələrinə əsasən artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin əmək pensiyaçısından tutulduğu hallar istisna olmaqla, digər hallarda vəzifəli şəxsin təqsiri, yəni kobud ehtiyatsızlığı və ya qəsdi nəticəsində artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği həmin vəzifəli şəxsdən onun razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında tutulur.

 

Beləliklə, qanun layihəsi artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin geri qaytarılması mexanizmlərini özündə ehtiva edir.

 

Qanun layihəsi müzakirələrdən sonra ikinci oxunuşda qəbul olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?