Modern.az

GDU-da Əhməd Cavadın 130 illiyi ilə bağlı esse müsabiqəsi keçirilib

GDU-da Əhməd Cavadın 130 illiyi ilə bağlı esse müsabiqəsi keçirilib

Aktual

27 Dekabr 2022, 14:24

Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin tələbələri arasında “Milli İstiqlal şairi Əhməd Cavad” adlı esse müsabiqəsi keçirilib.

 

Esse müsabiqəsi istiqlal şairi Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən təşkil edilib.

 

Müsabiqədə tələbələr tərəfindən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın həyat və yaradıcılığına dair esse yazılıb.

 

Mövzu ətrafında ən yaxşı esse yazan IV kurs tələbəsi Aysun Həsrətovaya kitab hədiyyə edilib. Müsbiqədə II yeri Roza Məmmədzadə, III yeri isə Aygün Məhərrəmova tutub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?