Modern.az

Bu gün 20 mindən çox ağac əkilib - FOTO

Bu gün 20 mindən çox ağac əkilib - FOTO

Aktual

27 Dekabr 2022, 17:18

Respublikanın bütün regionlarını əhatə edən meşəbərpa tədbirləri bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və Yevlax şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə Yevlax rayonunda keçirilib və 4 hektar meşə fondu torpağının açıq və seyrək ərazisində 3300 müxtəlif növ ağac tingi əkilib, 100 kiloqramdan çox palıd toxumu səpilib.

 

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov Modern.az-a bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə bu gün meşəbərpa tədbirləri, eyni zamanda Şəki, Qəbələ, Tovuz, Şəmkir, Şamaxı, Masallı, Lənkəran rayonlarının meşə fondu torpaqlarında da həyata keçirilib. Beləliklə, gün ərzində ümumilikdə 23 hektar meşə fondu sahəsində 20 500 ədəd müxtəlif növ ağac tingi əkilib, 1 tondan artıq toxum səpilib.

 

Bu gün meşə fondu torpaqlarında 20 mindən çox ağac əkilib - FOTO

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?