Modern.az

Goranboyda şəhid övladları ilə görüş - FOTOLAR

Goranboyda şəhid övladları ilə görüş - FOTOLAR

Aktual

27 Dekabr 2022, 17:26

Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi ilə bağlı Goranboy rayon Olimpiya İdman Kompleksində şəhidlərimizin azyaşlı övladları ilə görüş keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev iştirak edib. İcra başçısı şəhid övladlarını 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi ilə bağlı, təbrik edib. Şəhid övladları üçün yeni il yolkası ətrafında bayram şənliyi  keçirilib, Yeni İlin əsas simvolik personajı Şaxta Baba tərəfindən uşaqlara bayram hədiyyələri təqdim edilib.

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?