Modern.az

TRT “Eurovision”un finalını göstərməyəcək

TRT “Eurovision”un finalını göstərməyəcək

Aktual

14 May 2013, 13:57


Türkiyənin İsveçtəki 58-ci “Eurovision” Mahnı Müsabiqəsində iştirak etməyəcəyi açıqlamasından sonra TRT bu il yarışmanın yarımfinalları və finallarını göstərməmək qərarı alıb.
Modern.az xəbər verir ki, TRT bununla bir ilkə imza ataraq yaymaq hüququ əlində olan müsabiqəni göstərməyəcək. Səbəbini isə belə izah ediblər. “Türkiyə bu il “Eurovision-2013” Mahnı Müsabiqəsində iştirak etmir və proqramı göstərəriksə reytinq almayacağını düşündük. Ona görə də belə qərar verdik”.
Qeyd edək ki, Türkiyə məhz “Eurovision” Mahnı Müsabiqəsinin siyasiləşdirilməsi və bir sıra başqa səbəblərlə yarışmada iştirakdan imtina edib.



Aytən ƏLİYEVA

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı