Modern.az

Birləşmiş Krallıq təmsilçisi: “Mən Azərbaycanı qalib kimi görürəm”

Birləşmiş Krallıq təmsilçisi: “Mən Azərbaycanı qalib kimi görürəm”

Aktual

14 May 2013, 14:08

Fərid Məmmədov Eurovision mahnı müsabiqəsinin may ayının 16-da keçiriləcək ikinci yarımfinalındakı çıxışına hazırlıqlar görür. Bununla yanaşı o bir sıra məşhurlarla görüşməyə də vaxt  tapır. 

Modern.az İTV-yə istinadən xəbər verir ki, F. Məmmədov bu ilin ən məşhur müsabiqəçisi ilə – Birləşmiş Krallığı təmsil edən uelsli müğənni Bonni Tayler ilə görüşüb. Tayler 1977-ci ildə “Total Eclipse of the Heart” adlı mahnısı ilə sevənlöərinin ürəyini fəth etməyi bacarıb. 

Görüş çox simvolik məkanda – Malmönün mərkəzində Stortorgetdə (Böyük Meydanda) baş tutub. Bu yer gözəl çağdaş memarlıq nümunələri ilə doludur və Eurovision Böyük Finalına qalan günlər, saatlar və saniyələri göstərən gerisayım saatı burada yerləşir.

“Fəridin ifasını çox bəyəndiyini söyləyən Bonni Taylerə xüsusilə də “It’s A Heartache” mahnısını onun ifasında çox gözəl alındığını söyləyib. Fərid və Bonni mətbuata öz karyeraları və qarşıdan gələn Eurovision çıxışları ilə bağlı müsahibə veriblər.

Fərid də öz növbəsində Bonni Taylerə haqqında danışıb: “Bu müsabiqədə belə böyük bir ulduzla eyni səhnəni paylaşmaq mənim üçün bir şərəfdir. İkinci yarımfinal hazırlıqları barədə danışmazdan öncə Fərid böyük Final gecəsində layiq olduğu yeri tutacağına ümidli olduğunu bildirib”.

Gələn il  Eurovision mahnı müsabiqəsinin Londonda keçirilə biləcəyini xəbər alarkən, o, bu sözləri söyləyib: “Təmsil etdiyim ölkə ilə bağlı eyni sözləri deyə bilmərəm. Amma mən bu müsabiqədə  Azərbaycanı qalib kimi görürəm.  Fəridin həm möhtəşəm mahnısı, həm də səsi var. Mən onu qalib kimi görürəm”.

Xatırladaq ki, Fərid Məmmədov “Hold Me” mahnısını mayın 16-da ikinci yarımfinalda 4-cü nömrə altında təqdim edəcək.

 

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı