Modern.az

Zəlimxan Yaqub səhhətindən və yeni şeirlərindən danışdı

Zəlimxan Yaqub səhhətindən və yeni şeirlərindən danışdı

Aktual

14 May 2013, 14:33

 

Səhhətində yaşanan problemlərə görə tez-tez Almaniyaya gedən xalq şairi Zəlimxan Yaqub müayinələri ilə bağlı Modern.az-a danışıb. O bildirib ki, hazırda özünü yaxşı hiss edir: “Müalicələrim davam edir. Günaşırı həkimdə oluram. Bir müddət olar ki, Almaniyadan qayıtmışam. Bir də Almaniyaya müayinə üçün iyul ayının 15-də gedəcəyəm”. 

Səhhətinin yaradıcılığına heç bir maneə törətmədiyini söyləyən xalq şairi yaxın vaxtlarda yeni yaradıcılıq işləri ortaya qoyacağını dedi. Qeyd edək ki, xalq şairi Zəlimxan Yaqub ötən ilin əvvəlində Almaniyada cərrahiyyə əməliyyatı olunub və hər iki böyrəyi çıxarılıb.   

 

Gültəlin ƏLƏSGƏR

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı