Modern.az

Balakəndə çay kənarından silah-sursat tapıldı - FOTO

Balakəndə çay kənarından silah-sursat tapıldı - FOTO

Aktual

28 Dekabr 2022, 09:45

Balakən rayonunun Xalatala kəndi ərazisində içərisində silah-sursat olan bağlamanın olması ilə bağlı rayon polis şöbəsinin Qabaqçöl Polis Bölməsinə məlumat daxil olub.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən dərhal ərazinin mühafizəsi təşkil edilib və həmin bağlamaya baxış keçirilərkən “Kalaşnikov” avtomatına, “Makarov” tapançasına, ov tüfənginə məxsus patronlar, eləcə də 1 ədəd lüləsi kəsilmiş tüfəng və RQD-5 qumbarası aşkarlanıb. Həmin silah-sursat oradan götürülərək aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?