Modern.az

Binəqədidə “Şuşa İli”nə həsr olunmuş tədbir keçirilib

Binəqədidə “Şuşa İli”nə həsr olunmuş tədbir keçirilib

Aktual

28 Dekabr 2022, 10:04

Dekabrın 26-da Binəqədi rayonu Rövşən İmanov adına 205 nömrəli tam orta məktəbdə  “Şuşa İli”nə həsr olunmuş tədbir keçirilib.

 

Modern.az-ın məlumatına görə tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şübəsinin müdiri Nicat Allahverdiyev, Rövşən İmanov adına 205 nömrəli tam orta məktəbin direktoru Xoşqədəm Bağırova, məktəbin pedaqoji heyəti və şagirdləri iştirak ediblər.

 

Tədbir dövlət müstəqilliyimizin və ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Dövlət Himninin səslənməsindən sonra açıq elan olunub.

 

Tədbir iştirakçılarını salamlayan məktəbin direktoru Xoşqədəm Bağırova çıxışında qeyd etdi ki, Şuşa Azərbaycanın qədim şəhəri, mədəniyyət paytaxtıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  rəşadətli ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edildi və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olundu. Xoşqədəm Bağırova çıxışında şəhid və qazilərimizin şagirdlər, gənclər arasında tanıdılması, onların qəhrəmanlıqlarının təbliğ edilməsi istiqamətində təşkil edilən  tədbirlərin əhəmiyyətindən söhbət açıb.

 

Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxışında vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi böyük tarixi əhəmiyyətə malikdir. Bu dünya mədəniyyətinə səslənən növbəti sülh çağırışıdır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazıb. Məhz Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək tariximizə Zəfər Günü kimi həkk olunub.  

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?