Modern.az

Ərdoğan: “..., hazırda Bakı ilə belə səmimi münasibətlərimiz olmazdı”

Ərdoğan: “..., hazırda Bakı ilə belə səmimi münasibətlərimiz olmazdı”

Aktual

14 May 2013, 14:53


Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) həftəlik yığıncağında çıxış edərkən Qarabağ məsələsinə toxunub.

Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, o, bildirib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinə və azərbaycanlıların faciəsinə laqeyd qala bilməz.

Ərdoğan  "Əgər vaxtilə azərbaycanlıların taleyinə və Dağlıq Qarabağ probleminə laqeyd qalsaydıq, hazırda Bakı ilə belə səmimi münasibətlərimiz olmazdı"- deyə, fikrini izah edib.

Onun sözlərinə görə, Türkiyə Fələstin, İraq kürdləri, Suriya və ya digər xalq olmasından asılı olmayaraq, dinc əhaliyə qarşı törədilən zorakılıqlar qarşısında susa bilməz.

 

Elçin AĞAYEV

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı