Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin işindən vəsatət verilib.
Modern.az xəbər verir ki. vəkil Aqil Layicin sözlərinə görə, Bəxtiyar Hacıyev barəsində seçilmiş həbs qətiimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatətə sabah, 29 dekabr 2022-ci il, saat 16:30-da Xətai rayon məhkəməsində baxılacaq.
Preosesə hakim Sülhanə Hacıyeva sədrlik edəcək.
Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi hakim Fuad Axundovun sədrliyi ilə Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətiimkan tədbiri seçib.
Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi açılıb.
Hacıyev məhkəmədəki çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda tənqidi çıxışlarına görə təqib olunduğunu bildirib.
Rəsmi Bakı Bəxtiyar Hacıyevin həbsi ilə bağlı yerli və beynəlxalq reaksiyalara hələ münasibət bildirməyib.