Modern.az

Vilyam Hacıyevə hökm oxuyan hakim məhkəmə sədri TƏYİN EDİLDİ

Vilyam Hacıyevə hökm oxuyan hakim məhkəmə sədri TƏYİN EDİLDİ

Aktual

28 Dekabr 2022, 16:19

Qaradağ rayon Məhkəməsinə sədr təyin edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Sərəncama əsasən, Azər İslah oğlu Paşayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.

 

Qeyd edək ki, Azər Paşayev bir çox məşhur işlərdə hakim olub. Son olaraq o, İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işində hakim olub. Vilyam Hacıyev 12 il azadlıqdan məhrum edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır