İşğaldan azad edilmiş ərazilərdə iki ailə mərkəzinin açılması planlaşdırılır. Bu ailə mərkəzinin biri Zəngilanda olacaq.
Modern.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova deyib.
Komitə sədri Bakıda daha üç ailə mərkəzinin tikiləcəyini qeyd edib. Onun sözlərinə görə, bu mərkəzlərin yaradılması məişət zorakılığı ilə bağlı problemlərin səmərəli həllinə kömək edəcək.