Modern.az

Türkdilli ölkələrin diaspor təşkilatları arasında ortaq fəaliyyət strategiyası imzalanıb

Türkdilli ölkələrin diaspor təşkilatları arasında ortaq fəaliyyət strategiyası imzalanıb

Aktual

15 May 2013, 12:56

Mayın 14-də Ankarada Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin II toplantısı keçirilib. Modern.az xəbər verir ki, xaricdə yaşayan Türklər və Əqrəba İcmalar Departamentinin sədr müavini Bəkir Bozdağın ev sahibliyi ilə keçən toplantıda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin diaspor təşkilatlarının rəhbərləri qatılıb. Toplantıda Azərbaycan tərəfini Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin 1-ci müavini Valeh Hacıyev təmsil edib.

Tədbirdə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələri – Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında “Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası” imzalanıb. Toplantı çərçivəsində iyunun 21-də Bakıda keçiriləcək isə Bakıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumunun proqramına dair müzakirələr də aparılıb. Qərara alınıb ki, Forumda ümumi iclasdan əlavə üç istiqamətdə - Amerika, Kanada; Avropa; Asiya və MDB üzrə panel müzakirələr də təşkil olunsun. 

Qeyd edək ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin ilk iclası bu il yanvarın 24-25-də Bakıda keçirilib.

 

Aytən Əliyeva

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı