Modern.az

Deputat: “Apelyasiya şikayətinin nəticəsini gözləyirik”

Deputat: “Apelyasiya şikayətinin nəticəsini gözləyirik”

Aktual

15 May 2013, 13:08

Quba rayonundakı iğtişaşlarda iştiraka görə həbs olunanlar məhkəmə qərarından narazı olduqlarından apelyasiya şikayəti veriblər. Millət vəkili Yevda Abraamov Modern.az-a bildirib ki, apelyasiya şikayətinin nəticələri hələ ki, məlum deyil: “Apelyasiya şikayətinin nəticələrini gözləyirik. Təbii ki, o zaman sözümüzü deyəcəyik”.

Qeyd edək ki, 2012-ci il martın 1-də Qubada İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra Hakimiyyətinin yardımçı binaları, İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun evi yandırılıb. Həmin il martın 2-də prezident İlham Əliyevin sərəncamı ilə Rauf Həbibov vəzifəsindən kənarlaşdırılıb.

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı