Modern.az

Rəfsəncani naməlum zəngdən sonra seçkiyə qatılıb – QIZINDAN AÇIQLAMA

Rəfsəncani naməlum zəngdən sonra seçkiyə qatılıb – QIZINDAN AÇIQLAMA

Aktual

15 May 2013, 14:12


Ayətullah Əkbər Haşimi Rəfəsəncaninin prezidentliyə namizədliyini  son anda irəli sürməsi barədə qızı açıqlama verib. Modern.az bildirir ki, “Şərq” qəzetinə müsahibəsində Rəfsəncaninin böyük qızı Fatimə Haşımi bəzi təfərüüatlara aydınlıq gətirib. O müsahibəsində deyib.”Seçkilərə qeydiyyatın son günü atam, övladları və nəvələri  ofisində yığışıb seçkidə iştirak edib -etməmək barədə danışırdılar. Sonda atam qərara gəldi ki, namizədliyini verməsin. Ancaq bir qədər sonra ona zəng gəldi. Rəfsəncani öz otağından zəng edənlə qısa söhbət etdi.Bundan sonra Rəfsəncani fikrini dəyişdi”

Fatimə Haşımi  atasına  zəng edənin kim olduğunu bilmədiyini deyib.” O qısa danışıqdan sonra otaqdan çıxıb “Bismillah, gedək dedi.” Həmin zəngin dini lider  Xameneyi tərəfindən edildiyi güman olunur. Ancaq Xamneyiyə Yaxın hesab olunan mətbuat orqanı “Keyhan”`  Rəfsəncani və Xameneyi arasında danışıq olması təkzib olunub.

Peykər İbrahimova
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı