Modern.az

Əsədə qarşı yeni dünyəvi müxalifət hərəkatı yaradılıb

Əsədə qarşı yeni dünyəvi müxalifət hərəkatı yaradılıb

Aktual

15 May 2013, 14:16

Suriyada demokratik dövlət yaradılması tərəfdarı olan bir qrup suriyalı siyasi fəal yeni müxalifət koalisiyası yaradıb. Modern.az  bildirir ki, yeni yaradılmış “Suriya Demokratları İttifaqı” adlı qrupun  üzvləri sırasında insan hüquqları müdafiəçisi, xristian yazıçı Mişel  Kilo da var. 
Suriya Demokratları Koalisiyasının hədəfi Suriya “Müsəlman Qardaşları”nın ölkənin əsas müxalifət bloku hesab olunan Milli Koalisiya daxilində təsirini azaltmaqdır.“Müxtəlif siyasi cərəyanlara məxsus bu insanları demokratiya prinsipləri birləşdirir.”-deyə  250 nəfərlik İttifaqın üzvlərindən Kamal Ləbvani bildirib.

Ləbvani açıq şəkildə “Müsəlman Qardaşları”nın təsirini azaltmaq istədikləri niyyətində olduqlarını  deməyib  və  ölkədə vətəndaş cəmiyyəti yaratmağa diqqət yetirəcəklərini bildirib.
Suriya “Müsəlman Qardaşları” Təşkilatı  Əsəd rejimi ilə mübarizədə ən mütəşəkkil müxalifət qrupudur.

Peykər İbrahimova 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı