Mayın 11-də Türkiyədə Reyhanlıda baş vermiş terror aktı ilə bağlı araşdırmalar davam edir. Reyhanlıda baş vermiş terror aktı ilə bağlı saxlanılan şəxslərdən 8 nəfər şübhəli ilkin istintaqdan sonra Adana məhkəməsinə gətirilib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, şübhəlilər məhkəmənin qərarı ilə Terrorla Mübarizə Qanununun 10-cu maddəsinə uyğun olaraq ifadə vermək üçün Səlahiyyətli Respublika Prokurorluğuna təhvil verilib.
Qeyd edək ki, məlum hadisədə 51 nəfər ölüb.
Elçin AĞAYEV