Modern.az

Umud Rəhimoğlunin təşkilatı beynəlxalq alyansa üzv qəbul edilib

Umud Rəhimoğlunin təşkilatı beynəlxalq alyansa üzv qəbul edilib

Aktual

15 May 2013, 16:56


“Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) bu günlərdə çox mötəbər beynəlxalq bir quruma- Dayanıqlı İnkişaf Uğrunda Şimal Alyansına (ANPED) üzv qəbul edilib. Bundan əvvəl BMT-nin İqtisadi-Sosial Şurasının, ABŞ Dövlət Departamenti Özəl Tərəfdaşlıq Proqramının, Beynəlxalq Sülh Bürosunun, Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının, Beynəlxalq Mətbuat İnstitutunun üzvü olan BAMF ANPED-lə əməkdaşlığa da böyük üstünlük verir”- deyə Bamf sədri Umud Rəhimoğlu bildirib.
O, daha sonra deyib: “Bu qurum vətəndaş cəmiyyəti təşkilatlarının potensialının  artırılması istiqamətində güclü strategiyaya və aydın platformaya malikdir. ANPED-in səmərəli əlaqələndirici fəaliyyəti, müxtəlif debatların təşkili və bu debatlarda iştirakın yeni formalarının tətbiqi sahəsində fərqli metodologiyası vardır. İnanıram ki, BAMF-ın bu mötəbər qurumla əməkdaşlığından Azərbaycanda, eləcə də post-sovet məkanında fəaliyyət göstərən vətəndaş cəmiyyətləri faydalanacaqlar”.


Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı