“Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov PFL prezidenti Ramin Musayevin Topaz Premyer Liqasında ilk üç yerin sahibləri üçün ayrılan məbləğin ləğvi ilə bağlı Modern.az-a fikirlərini bölüşüb. Onun sözlərinə görə, bu qərarın onlara təsiri böyük olmayacaq. “Bu cür qərarlar futbolçuları həvəsləndirmək üçün qəbul olunurdu. Təbii ki, bu ildə ötən ildəki kimi olsaydı, daha yaxşı olardı. Qaldı ki son qərara bu bizə o qədərdə böyük təsir etməyəcək. Lakin təsirsiz də ötüşməyəcək desəm, düzgün olmaz. Az da olsa bu qərarın təsiri olacaq”.
Xatırladaq ki, PFL prezidenti ilk üç yerin sahibinə pul mükafatının verilməməsi barədə qərar qəbul edib.
Abbas Quliyev