Modern.az

Qafqaz Universitetində iki ünlü şair anılır

Qafqaz Universitetində iki ünlü şair anılır

Aktual

16 May 2013, 13:40

Bu gün Qafqaz Universitetində “Türk dünyasını işıqlandıranlar: Məhmət Akif Ərsoy, Hüseyn Cavid” adlı beynəlxalq konfrans öz işinə başlayıb. Modern.az xəbər verir ki, tədbirdə Azərbaycandan və Türkiyədən olan millət vəkilləri, elm adamları, ziyalılar , ictimaiyyət nümayəndələri iştirak edirlər. Eyni zamanda Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşqun da tədbirdə iştirak edir. Konfransda hər iki sənətkarın həyat yoluna aid videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə Qafqaz Universitetinin rektoru Əhməd Sanıc açdı. Daha sonra AMEA Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva çıxıç edərək Hüseyn Cavid və Məhmət Akif Ərsoy mövzusunun aktuallığından söz açıb. Türkiyənin Azərbaycandakı səfiri Alpər Coşqun öz növbəsində beynəlxalq konfransın təşkilatçılarına öz təşəkkürünü bildirib.
Türkiyəli millət vəkili Nevzat Yalçınbaş isə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadə və Hüseyn Cavid arasında paralellər aparıb. Məmməd Əmin Rəsulzadə ilə bağlı öz görüşünü xatırladan türk deputat əlavə edib: “Mən Ankarada Məmməd Əmin Rəsulzadə ilə tanış olmuşam. O zaman mən onun əlindən öpdüm. Bu böyük bir fəxrdir”-deyə vurğulayıb. Xatırladaq ki, konfrans mayın 18-nə kimi davam edəcək.  

 

Aqşin Kərimov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı