Modern.az

“Ağbirçəklər Şurasının yaradılması üçün Fəttah Heydərovun köməyi lazımdır”

“Ağbirçəklər Şurasının yaradılması üçün Fəttah Heydərovun köməyi lazımdır”

Aktual

16 May 2013, 13:47

 

“Respublika üzrə Ağbirçəklər Şurasının yaradılması mənim səlahiyyətimdə olan məsələ deyil”.  Modern.az açıqlamasında bu sözləri Nəsimi rayon üzrə Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva bildirib. Onun sözlərinə görə, bu şuranın yaradılması üçün onlara ilk növbədə Respublika Ağsaqqallar şurasından və Qadın Komitəsindən dəstək olmalıdır.

Qadınlarında bu şuranın yaradılmasında çox maraqlı olduqlarını deyən, Zərifə Quliyeva bildirib ki, “ona indiyə qədər heç bir təklif gəlməyib”. “Bu mənim səlahiyyətimdə olan məsələ deyil. Biz bu şuranın yaradılması ilə bağlı yalnız təkliflər verə bilərik. Və bu məsələlərə respublika səviyyəsində Qadın Komitəsi baxmalıdır. Eyni zamanda Ağsaqqalar Şurasının rəyi olmalıdır.  Onların dəstəyi ilə biz Ağbirçəklər Şurasını yarada bilərik”.

Xatırladaq ki, bir müddət əvvəl Zərifə Quliyeva saytımıza açıqlamasında ölkə üzrə Ağbirçəklər Şurasının yaradılacağını bildirmişdi. Amma hələ də bu şuranın respublika səviyyəsində yaradılması ləngiyir.

Pərvin Arzuqızı

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı