
Azərbaycanın Milli qəhrəmanlarından daha biri, keçmiş döyüşçü, ehtiyatda olan polkovnik Eldar Ağayev ötən gecə dünyasını dəyişib.
Diqqət edin, Azərbaycanda 211 Milli Qəhrəman, onlardan cəmi 18 nəfər sağ-salamatdır. var. Sayları elə də çox olmayan Milli Qəhrəmanlarımız haqqında isə ayrıca qanun yoxdur.
Qanun yoxdursa, deməli boşluq var.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev
Modern.az saytına açıqlamasında bildirib ki, şəhidlərin, o cümlədən Milli qəhrəmanların dəfni dövlət tərəfindən həyata keçirilməlidir:
““Şəhid adının əbədiləşdirilməsi haqqında” Qanuna əsasən şəhid olmuş Milli qəhrəmanlar dövlət himayəsinə götürülür və dövlət bütün tədbirləri görür. Amma sağlığında Milli Qəhrəman almış, sonradan rəhmətə gedənlərlə bağlı xüsusi bir maddə yoxdur. Təbii ki, bununla da müvafiq yerli İcra Hakimiyyəti orqanları məşğul olurlar”.
Amma Musa Quliyev sağlığında Milli Qəhrəman alan, sonradan rəhmətə gedənlərə də “Şəhid adının əbədiləşdirilməsi haqqında” Qanundakı bütün tələblərin şamil olunmasının tərəfdarıdır:
“Bu məsələni araşdıraq, əgər qanunlarda ayrıca müddəa yoxdursa, bunu həll etməliyik”.
Aytən ƏLİYEVA