Modern.az

Polis müdavimləri Qədir Rüstəmovu yamsılayıblar - VİDEO

Polis müdavimləri Qədir Rüstəmovu yamsılayıblar - VİDEO

Aktual

17 May 2013, 15:44

İnternetdə Polis Akademiyasının müdavimlərinin xalq artisti mərhum Qədir Rüstəmovu yamsılayan videogörüntüləri yayımlanıb. Modern.az bildirir ki, Polis Akademiyasının müdavimləri geyimində olan 3 nəfər gənc yaşadıqları yataqxanada xanəndənin məşhur “Sona bülbüllər” mahnısının ifasını parodiya edirlər. 

Müdavimlərdən biri oxu jestləri ilə mərhum xanəndəni, digərləri isə xalq çalğı alətləri olan tar və kamançanı imitasiya edir. Çəkiliş müdavimlərin dincəldikləri zaman çəkilib.

Həvəskar videoçəkiliş telefonla lentə alınıb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı