“Sovet ordusu Almaniya kimi bir dövlətlə müharibəyə hazır deyildi. Həm texniki baxımdan, həm də kadr ehtiyatı baxımından. Ondan soruşmaq lazımdı bəs nəyə görə müharibə başlayanda rus generalı Vlasov böyük diviziya ilə almanların tərəfinə keçdi. Əgər bu qorxaqlıq sayılırsa, onda birinci qorxaqlığı eləyən ruslar özləri olub”. Bunu Modern.az-a tarixçi-ekspert Nəsiman Yaqublu bildirib.
Nəsiman Yaqublunun fikrincə, bu bəyanatı verən adamın hərb tarixindən baş çıxmır. “Əvvəla, sovet ordusunda azərbaycanlı və gürcülərin sayı o qədər çox deyildi ki, onların hər hansı bir hərəkəti əməliyyatın gedişatına təsir etsin.
Ona görə də bu əməliyyatın uğursuzluğunu Azərbaycan və ya Gürcüstanının adına yazmaq düzgün deyil. Bu mənada Konstantin Sivkovun fikirlərini qəbul etmirəm və cəfəngiyat sayıram”.
Vüqar İsmayılov