Modern.az

Əziz Ələkbərli: “Yalnız seçki ilində hamı Qərbi Azərbaycanlılara vəkil olmaq istəyir”

Əziz Ələkbərli: “Yalnız seçki ilində hamı Qərbi Azərbaycanlılara vəkil olmaq istəyir”

Aktual

18 May 2013, 11:25

“Hər il seçki qabağı ictimai-siyasi proseslər fəallaşanda Qərbi Azərbaycanlıların adından istifadə edən qüvvələr ortaya çıxır”. Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan Qaçqınlar Cəmiyyəti sədrinin 1-ci müavini Əziz Ələkbərli deyib. “Elə təşkilatlar var ki, qərbi azərbaycanlılar və bu ərazilərin tarixi haqda heç bir anlayışı yoxdur, amma qərbi azərbaycanlıların adından danışır. Guya onların müdafiəsinə qalxır. Burda deyərlər ki, xeyir ola heç öz rayonunun problemini bilmirsən, bu ərazilərlə heç bir bağlığın olmadığı halda onların problemini gündəmə gətirirsən...”

Ə. Ələkbərlinin sözlərinə görə, Azərbaycan Qaçqınlar Cəmiyyəti 1990-1991-ci ildən fəaliyyət göstərir. “1988-ci ildə Qərbi Azərbaycandan deportasiya edilən qaçqınlarının problemi ilə məşğul olan ictimai təşkilatın fəaliyyəti göz qabağındadır. Bu illər ərzində qaçqınların yerləşdirilməsi, onların işlə təmin olunması və müəyyən yardımların edilməsi Azərbaycan Qaçqınlar Cəmiyyətinin xətti ilə həyat keçirilib. “Bu yeganə təşkilatdır ki, onun 1988-ci il Qərbi Azərbaycan qaçqınları ilə bağlı müəyyən konkret məlumatı və arxivi var. Yəni istənilən ictimai təşkilatlar bu məlumatı və arxivi  yalnız Azərbaycan Qaçqınlar Cəmiyyəti vasitəsilə əldə edə bilər”.

Ə. Ələkbərli məlumat verib ki, 1988-ci ildə Qərbi Azərbaycandan gələn qaçqınların sayı o vaxt 250 min nəfər idi. “Bu il o əhalinin sayı 400 min nəfəri keçibdir. Və bu 400 min nəfərin bütün problemləri ilə bizim təşkilat məşğul olur. Əslində 1988-ci ildə Qərbi Azərbaycandan gələn qaçqınları hər biri bizim cəmiyyətin üzvüdür. Dekabrın 5-i Qərbi Azərbaycan qaçqınlarının soyqırımı kimi elan olunub. 2013-cü il dekabrın 5-i 1988-ci ildə Qərbi Azərbaycan deportasiyasının yaranmasının 25 illiyi tamam olur. Bununla əlaqədar biz təşkilat adından ölkə prezidentinə müraciət ünvanlamışıq”.

 

  Pərvin ARZUQIZI    
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı