Paytaxtın “Bakı” futbol klubu daha bir yeniliklə diqqət mərkəzinə düşüb. Modern.az-ın məlumatına görə, bu günlərdə Portuqaliyada olan klubun vitse-prezidenti Zeynal Məmmədov və katibi Zəka İbrahimov “Portu”nun bazasında olublar. Burada “Portu” klubunun bazası və infrasturukturu ilə yaxından tanış olublar. Onlar Texniki məsələlərlə tanışlıq, proqramı əsasında kluba aid bütün texniki şöbələrə mühasibatlıq və idarəetmə strukturunun çalışdığı kompleksə baş çəkiblər. Qonaqlara klubun fəaliyyətindən bəhs edən video-rolik göstərilib.
Daha sonra rəhbər şəxslərini iştirakı ilə geniş toplantı keçirilib. Portuqaliya klubunu rəsmisi məlumat verib ki, “Portu” son 15 ildə Avropaya ən çox oyunçu satan klubdur. “Portu”nun rəhbəri təklif edib ki, “Bakı”nın aşağı yaş qrupları üzrə komandaları hər il 3 dəfə onların bazasında qonaq ola, bir ay müddətinə təlim-məşq toplanışı və yoldaşlıq görüşü keçirə bilələr. Əsas komandaya gəlincə isə Portuqaliya klubu “Bakı” ilə yoldaşlıq görüşü keçirməyə hazırdır.
Abbas Quliyev