Bir neçə gün öncə Rusiya KİV-ləri Gümrüdəki rus hərbi bazasına yeni müasir silahların gətiriləcəyini bildirmişdi. Qeyd olunan silahlar arasında “İskəndər” optik-taktiki zenit raket kompleksləri və “Tornado” raket kompleksləri də var.
“İskəndər” kompleksinin dünyada analoqu yoxdur. Bu sistem 500 km-dək hədəfi dəqiqliklə məhv edir. Modern.az-a açıqlamasında hərbi-ekspert Üzeyir Cəfərov bildirib ki, Azərbaycan rəhbərliyi bu xəbərə çox ciddi yanaşmalıdır. “Rusiyanın öz hərbi bazasını möhkəmləndirmək hüququ var. Lakin “İskəndər” raket kompleksinin orada yerləşdirilməsinə heç bir ehtiyac yoxdur. Şimalda Gürcüstan yerləşir. Onun Rusiyaya heç bir təhlükəsi yoxdur. Cənub da İran Rusiyanın müttəfiqidir. Qalır Türkiyə ilə Azərbaycan. Türkiyə bir NATO üzvü kimi buna qarşı addımlar atmalıdır. NATO üzvləri də bu işdə Türkiyəyə yardım etməlidirlər. Elmar Məmmədyarov Rusiyaya səfəri zamanı çox güman ki, bu məsələyə toxunacaq. Amma Rusiyanın öz fikrindən dönməsi çox çətin görünür”.
Vüqar İsmayılov