Modern.az

Azərbaycanın nümayəndə heyəti Polşa səfərindən qayıdıb - FOTOLAR

Azərbaycanın nümayəndə heyəti Polşa səfərindən qayıdıb - FOTOLAR

Aktual

20 May 2013, 17:25

12-18 may 2013-cü il tarixlərində Bakı şəhəri Xəzər rayonunun İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun rəhbərliyi altında 6 nəfərlik nümayəndə heyəti Polşa        Respublikası Pruşkuv rayonunun Nadajın şəhərinə səfər edib. Səfər çərçivəsində Azərbaycan Respublikasının Polşadakı Səfirliyinin dəstəyi və Nadajın şəhər İcra Hakimiyyətinin köməyi ilə silsilə tədbirlər keçirilib. 

Belə ki, 13 may tarixində Varşava şəhərinin Saska Kempa mədəniyyət mərkəzində  Xəzər rayonundan Polşaya səfər etmiş nümayəndə heyəti Azərbaycan Respublikası  Polşadakı Səfirliyi tərəfindən təşkil edilən mərhum eks-prezident Heydər Əliyevlə bağlı tədbirdə iştirak edib. Tədbir çərçivəsində nümayəndə heyətinin üzvləri tərəfindən Xəzər rayonunda aparılan quruculuq və abadlıq işləri ilə bağlı Azərbaycan Diasporasının üzvlərinə ətraflı məlumat verilib. Nümayəndə heyəti Nadajın şəhərində yerləşən Eşitmə Fiziologiyası və Patologiyası İnstitutunda olub. Burada Azərbaycanda açılan yeni xəstəxanalar və səhiyyə islahatları haqda məlumat verilib. Nadajın şəhərində yerləşən II İoan Pavel adına gimnaziyada Heydər Əliyevə həsr olunmuş tədbirdə görkəmli dövlət xadiminin Azərbaycan tarixində tutduğu yer, ölkənin sabitliyi və inkişafı istiqamətində gördüyü işlərdən danışılıb.

Azərbaycan Respublikasının Polşadakı səfiri Həsən Həsənov tədbir iştirakçılarına Heydər Əliyevin ölkənin ən çətin vaxtlarında prezident seçilməsindən danışıb.
Sonra Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov  II İoan Pavel adına gimnaziyada “Azərbaycan Şərq və Qərb arasında Qapı” mövzusunda yazılmış inşa müsabiqəsində ilk üç yeri tutmuş şagirdlərə diplom və qiymətli hədiyyələr təqdim edib. Tədbirdə polyak məktəbliləri üzərində “Heydər Əliyev-90 “ yazılmış köynək və papaq geyinmiş və yaxalarında Heydər Əliyevin rəsmi əks olunmuş döş nişanları taxıblar.   Xəzər rayon nümayəndə heyəti ilə İoan Pavel II adına gimnaziya rəhbərliyi arasında şagird və müəllim heyətinin mübadiləsinə dair danışıqlar aparılıb və razılığa gəlinib. İlkin razılığa əsasən 2013-cü il iyun ayının sonları Polşadan 14 nəfərlik şagird heyəti bir həftəlik Bakıya gələcək. Şagirdlərə bir həftə ərzində Azərbaycan mədəniyyəti və tarixi, Azərbaycanda polyak izləri, Azərbaycanın tarixi abidələri, Azərbaycan ailəsi və s. mövzular haqqında məlumat veriləcək və gəzintilər təşkil olunacaq. Azərbaycanlı şagirdlərin Polşa səfəri 2013-cü il avqust ayında nəzərdə tutulub.          Azərbaycandan Polşaya səfər edəcək şagird və müəllim heyəti üçün nəzərdə tutulmuş “Meşə Mirvarisi” istirahət mərkəzinə də tanışlıq səfəri olub. Nadajın şəhər meri bildirib ki, müasir standartlara cavab verən istirahət mərkəzində Azərbaycandan gələcək müəllim və şagird heyəti üçün hər bir əlverişli şərait yaradılacaq.

Səfərin sonunda Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov Nadajın şəhər rəhbərliyinə öz minnətdarlığını bildirib və 12-18 may tarixlərində Polşada uğurla baş tutmuş səfəri 1 il öncə iki şəhər arasında imzalanmış qardaşlaşma haqqında müqavilənin əyani sübutu hesab edib.



Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı