Modern.az

Elmar Məmmədyarov rusiyalı həmkarı ilə "Eurovision"dakı qalmaqaldan danışıblar

Elmar Məmmədyarov rusiyalı həmkarı ilə "Eurovision"dakı qalmaqaldan danışıblar

Aktual

21 May 2013, 12:43

Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında görüş keçirilib.  

Modern.az APA-ya istinadən xəbər verir ki, S. Lavrov görüşdə ikitərəfli münasibətlərin hazırkı səviyyəsi və iki ölkənin birgə planlaşdırdığı tədbirlərin  müzakirə olunacağını bildirib: “Qeyd edim ki, iki ölkənin müxtəlif regional və beynəlxalq təşkilatlar səviyyəsində əməkdaşlığı yüksək səviyyədədir”.

Elmar Məmmədyarov isə S. Lavrovun Azərbaycana Rusiya-Azərbaycan diplomatik münasibətlərinin 20 illiyinə həsr olunan səfərini xatırladıb: “Ümid edirəm ki, konstruktiv  müzakirələr olacaq. Qeyd etmək istərdim ki, Rusiya-Azərbaycan münasibətləri strateji səviyyədədir”.
Nazirlər “Eurovision-2013” mahnı müsabiqəsinin finalında Azərbaycanın necə səs verməsi ilə bağlı yaranmış qalmaqala da toxunublar.

Görüş daha sonra mətbuat nümayəndələrinin iştirakı olmadan davam etdirilib.

Görüşdən sonra brifinq keçiriləcək. 

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...